CAR-da çökən binada xilasetmə işləri yekunlaşır
Cənubi Afrikada Respublikasında (CAR) çökən binanın dağıntıları altında qalan işçiləri tapmaq üçün təxminən iki həftə davam edən axtarış-xilasetmə əməliyyatı başa çatmaq üzrədir.
Fhnews.az “ABC news” saytına istinadla xəbər verir ki, itkin düşən 19 nəfər hələ də tapılmayıb.
Mayın 6-da ölkənin cənubunda yerləşən Corc şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış kompleksinin çökməsi nəticəsində azı 33 nəfərin öldüyü təsdiqlənib. Ölənlərin sayının 50-ni ötəcəyi gözlənilir.
Corc şəhər bələdiyyəsi və onun fəlakətlərə reaksiya bölməsi dağıntılar altında artıq sağ qalanlar olmadığını və itkin düşənlərin hamısının öldüyünü güman edir. Rəsmi məlumatlara görə, hadisə zaman ərazidə 81 işçi olub. Onlardan 29 nəfəri dağıntılar altından sağ çıxarılıb, bəzi yaralılar hələ də xəstəxanada müalicə alır.
Ölən işçilərin çoxu Mozambik, Zimbabve və Malavidən olan xarici vətəndaşlardır.
Binaya cavabdeh olan tikinti şirkətinin təhlükəsizlik standartlarına riayət edib-etmədiyi ilə bağlı araşdırmalar aparılacaq.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...