Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğın nəticəsində 20 nəfər ölüb
Cənubi Koreyada litium akkumulyatorları zavodunda baş verən yanğın nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Fhnews.az Yonhap agentliyinə istinadla xəbər verir ki, yanğın yerli vaxtla saat 10:31-də Hvasonq şəhərindəki zavodda başlayıb. Hadisə baş verən vaxt binada 67 fəhlə olub. Onların çoxu xilas olmağı bacarsa da, ilkin ehtimala əsasən, 23 nəfər yanğın baş verən binada qalıb. Yanğın söndürüldükdən sonra binadan 19 meyit tapılıb. Bununla da ölənlərin sayı 20-yə çatıb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı bir neçə akkumulyatorun partlaması alovu daha da gücləndirib. Bu da yanğının söndürülməsi prosesinə əngəl törədib.
Hazırda ərazidə axtarış işləri aparılır.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...