Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başlayır
Cənubi Koreya və ABŞ bu gündən “Ulchi Freedom Shield” adlı illik birgə hərbi təlimlərə başlayır.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, təlimlərdə məqsəd birgə müdafiə hazırlığını və Şimali Koreyadan gələn təhlükələrə qarşı durmaq qabiliyyətini gücləndirməkdir.
Avqustun 29-dək davam edəcək təlimlərin proqramına kompüter simulyasiyası və mülki müdafiə bacarıqlarının praktiki tətbiqi əsasında əsgərlərin məşqləri daxildir. Təlimlər quru, dəniz, hava, kiber və kosmos da daxil olmaqla müxtəlif vasitələrdən istifadə etməklə tammiqyaslı müharibə ssenarilərinə əsaslanır.
Təşkilatçılar əmindirlər ki, bu cür təlimlər Cənubi Koreya və ABŞ-ın istənilən təxribatlara cavab vermək və nüvə silahından müdafiə etmək qabiliyyətini və hazırlığını daha da gücləndirəcək.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...