Cənubi Koreya raketdən müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır
Koreya Respublikasının silah satınalmaları proqramları idarəsi hədəflərin vurulma hündürlüyünü artırmaq üçün L-SAM və M-SAM raketdən müdafiə sistemlərinin modernləşdirilməsi planlarını təsdiqləyib. Layihənin ümumi dəyəri 2,9 milyard dollardır.
Fhnews.az Yonhap agentliyinə istinadla xəbər verir ki, hər iki sistem hava hədəflərini vurmaq üçün nəzərdə tutulsa da, fərqli zərbə hündürlüyünə malikdirlər. Hazırda L-SAM raketi 60 kilometrədək hündürlükdəki hədəfləri vura bilir, modernləşdirmə nəticəsində isə bu göstərici 100 kilometr və ya daha yüksək olacaq. M-SAM raketlərinin zərbə hündürlüyü isə iki dəfə artırılaraq 50 kilometrə çatdırılacaq.
Qeyd edək ki, L-SAM və M-SAM raketləri Koreya Respublikasının çoxsəviyyəli raketdən müdafiə sistemlərinin bir hissəsidir. Onlar, ilk növbədə KXDR tərəfindən atılacaq potensial hədəfləri vurmaq üçün nəzərdə tutulub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...