23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2024

Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. “Birlikdə daha yaxşı internet üçün!” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 2024-cü ilin bugününə təsadüf edir.

Fhnews.az xəbər verir ki, Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vətəndaşlarımıza çağırış edib: “İnterneti təhlükəsiz məkana çevirmək birimizin yox, hamımızın işidir. Gəlin Təhlükəsiz İnternet Günündə də bu öhdəliyimizi bir daha xatırlayaq və diqqətli davranaq”.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti Azərbaycanda da mütəmadi olaraq bu istiqamətdə işlər görməkdə, dövlət və özəl şirkətlərlə birgə silsilə tədbirlər həyata keçirməkdədir.

Paylaş: