25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Braziliyada daşqınlar 150-dən çox insanın həyatına son qoyub

17-05-2024
IMG

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 151-ə çatıb, daha 104 nəfər isə itkin düşüb.

Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə agentliyi məlumat yayıb. Aprelin sonlarından bəri davam edən şiddətli yağış və daşqınlar Rio Qrande-do-Sul ştatında 600 minə yaxın insanı evsiz qoyub.

Mülki Müdafiə Agentliyinin son hesabatına görə, 2,28 milyondan çox sakin təbii fəlakətdən birbaşa təsirlənib. Braziliya rəhbərliyi evsiz qalan əhaliyə yardım olunacağını vəd edib.

Ştatın qubernatoru Eduardo Leyte baş verən fəlakəti bölgə tarixindəki ən dəhşətli faciə adlandırıb. 2025-ci ilin fevral ayına qədər yardım və bərpa işlərini həyata keçirmək üçün fövqəladə qərargah yaradılıb.

Paylaş: