Bosniya və Herseqovinadakı Milli Parkda meşə yanğını davam edir, bəzi evlər üçün təhlükə yaranıb
Bosniya və Herseqovinanın “Drina” Milli Parkının ərazisində meşə yanğını iki gündür davam edir.
Fhnews.az xəbər verir ki, iynəyarpaqlı meşəni və bitki örtüyünü bürüyən yanğın güclü külək səbəbindən əlçatmaz relyefdə geniş əraziyə yayılır. Alovlar Luka kəndindəki bəzi evlər üçün təhlükə yaradıb.
Əraziyə helikopterlər və yanğınsöndürmə briqadaları cəlb olunub. Tüstü və güclü külək helikopterlərin işini çətinləşdirir.
Milli Parkın direktoru Radomir Pavloviç deyib ki, yanğın kanyon hissədə təxminən 5 kilometr əraziyə yayılıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...