BMT ekspertleri : “Biz bəşəriyyətin yox olması əsrindəyik”
Mütəxəssislər bəşəriyyətin Yer kürəsinin sərhədlərini qoparmaq ərəfəsində olduğunu bildirərək, tədbir görülməsə, 15-20 ildən sonra qida və su qıtlığının yaşanacağını açıqlayıb. Bu barədə dünyanın ən böyük təbiəti mühafizə təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Bioloji Müxtəliflik Konvensiyasının Kolumbiyada keçirilən Tərəflər Konfransında (COP16) ekspertlər xəbərdarlıq ediblər. Alimlər bildiriblər ki, bəşəriyyət Yerin sərhədlərini parçalamaq uçurumundadır və biomüxtəlifliyin itirilməsinin qarşısını almaq üçün tədbirlər görülməsə böyük itkilər olacaq.
İngiltərədəki Reading Universitetinin ekologiya professoru və Yer kürəsi üçün xroniki riskləri müəyyən etmək üçün hökumətlə işləyən Tom Oliver “Guardian” qəzetinə açıqlamasında təhlükənin çox yaxın olduğunu bildirib. Professor Oliver bildirib ki, 1970-ci ildən bəri aparılan araşdırmalar göstərir ki, vəhşi təbiət populyasiyaları 73 faiz azalıb. Biomüxtəlifliyin itirilməsi təkcə növlərə aid deyil. İnsanlar qida, təmiz su və hava üçün də təbii dünyaya güvənirlər. Biomüxtəlifliyin itirilməsinin qarşısı alınmasa, 15-20 ildən sonra qida və təmiz su böhranları ilə üzləşəcəyik.
Bundan başqa, okeanların turşulaşması, meşə yanğınları və yosunların çiçəklənməsi də insanların həyatına mənfi təsir göstərəcək. Nəsli kəsilməkdə olan bir dövrdə yaşadığımızı bildirən Oliver təbiətin pozulmasının İngiltərənin Ümumi Daxili Məhsulunda 12 faiz itkiyə səbəb olduğunu ifadə edib.
Ətraf mühitin pozulmasının bərabərsizliyə, münaqişələrə və ədalətsizliyə səbəb olduğunu bildirən London Zooloji Cəmiyyətinin Siyasət Direktoru Endryu Terri isə bunları söyləyib:
“Madaqaskarda ekoloji deqradasiyanın səbəb olduğu aclıq və kütləvi köçün şahidi olduq. Biz azalan resurslar səbəbindən suya və qidaya çıxış üçün artan münaqişələrin şahidi olacağıq. Havanın temperaturu dözülməz səviyyəyə yüksəldikcə və çirklənmə artdıqca, xüsusilə şəhər istiləri səbəbindən sağlamlıq problemlərində partlayışlarla qarşılaşacağıq."
Noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində davam edəcək və biomüxtəlifliyin itirilməsinin qarşısının alınmasına yönəlmiş COP16 ətraf mühit sammitində 200 ölkədən nümayəndələr iştirak edir. 23 min nümayəndənin, o cümlədən 100-ə yaxın nazir və dövlət başçısının akkreditə olunduğu “Təbiətlə Sülh” adlı sammitdə çıxış edən Kolumbiyanın Ətraf Mühit Naziri və COP16 prezidenti Susana Muhamad deyib ki, planetin boş yerə sərf etməyə vaxtı yoxdur və görüləcək tədbirlər üçün daha çox maliyyə mənbələrinə ehtiyac var.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...