Bavariyada iki avtobus toqquşub, 50-yə yaxın insan xəsarət alıb
Almaniyanın cənubundakı Regensburq (Bavariya) şəhərində, Dunay körpüsü üzərində iki avtobusun toqquşması nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
Fhnews.az xəbər verir ki, bu barədə “DPA” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan beş nəfərin həyati təhlükəsi mövcuddur.
Hadisə yerində çoxlu sayda xilasedicilər, yanğınsöndürənlər, polis əməkdaşları və helikopter cəlb olunub. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...