Bənddəki suyun çəkilməsi Səlcuklu abidəsini ortaya çıxarıb
Türkiyənin Konya bölgəsinin şəhər mərkəzinə 17 km məsafədə yerləşən Altınapa Anbarı bölgənin içməli su ehtiyacını ödəyir. Quraqlıq səbəbiylə bənddəki su səviyyəsinin azalması ilə 822 illik Səlcuqlular dövrünə aid Altınapa Hanı ortaya çıxıb.
Qeyd edək ki, Altınapa bəndi 1963-1967-ci illər arasında suvarma və içməli su təchizatı məqsədi ilə Konyada Meram çayı üzərində tikilmiş bənddir. Süxurlu tip olan bəndin gövdəsinin həcmi 325.000 m³, çay yatağından hündürlüyü 32.00 m, normal su səviyyəsində gölün həcmi 15.00 hm3, normal su səviyyəsində göl sahəsi 2.20 km²-dir. O, 1400 hektar əraziyə suvarma xidmətləri göstərir və ildə 38 hm3 içməli su ilə təmin edir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...