Bakıda ümumşəhər iməciliyi keçiriləcək
İyunun 22-də Bakıda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçiriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iməciliyin məqsədi şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsidir.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə, həmçinin özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.
BMT Baş katibi COP29-un...
Ombudsman: Bəzi islam ölkələrindəki...
HAVA: Azərbaycanda bəzi yerlərdə leysan,...
Azərbaycan nümayəndə heyəti NATO...
Bakıda 1,3 trilyon ABŞ dolları həcmində...