Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı işə başlayıb
Aprelin 12-də Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təqdimatında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, təhsilin qarşısında duran vəzifə və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. O qeyd edib ki, hazırda əsas təhsil hədəfləri sırasında ölkəmizin beynəlxalq qiymətləndirmələrdə mövqeyinin yaxşılaşdırılması və 3 universitetimizin ilk 800-lükdə təmsilinə nail olmaq yer alır.
Avropa Azərbaycan Məktəbinin baş direktoru Françesko Bançini çıxışında bildirib ki, konfransın məqsədi təhsil liderlərindən ən müasir yanaşmaları öyrənmək, təhsil sahəsinə dair müzakirələr aparmaq, yeni ideya və strategiyaları araşdırmaqdır. Baş direktor, həmçinin konfransda Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkiyə və digər ölkələrdən nümayəndələrin iştirak etdiyini vurğulayıb və tədbir çərçivəsində həm beynəlxalq, həm də yerli səviyyədə bilik və təcrübə mübadiləsi aparılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, təhsil mütəxəssisləri, eləcə də direktor və müəllimlərin iştirakı ilə keçirilən konfransda 3 gün ərzində 60-dan çox seminar təşkil olunacaq.
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...
Birinci sinfə qəbulda prioritet tətbiq...