Ayda yeni eniş nöqtələri müəyyən edilib
NASA Artemis III missiyası çərçivəsində astronavtların 50 ildən sonra Aya enəcəkləri 9 bölgəni müəyyən edib. Bu missiya ilə astronavtlar 50 ildən sonra yenidən Ayın səthinə çıxacaqlar. Kosmosun tədqiqində mühüm mərhələ olacaq bu missiyada ilk dəfə qaradərili və qadın astronavtlar iştirak edəcək.
NASA enişin Ayın cənub qütbünə yaxın olması planlaşdırılan əraziləri müəyyən edib. Lunar Reconnaissance Orbiter kosmik gəmisindən və müxtəlif tədqiqat məlumatlarından istifadə etməklə aparılan müayinələr nəticəsində Slater Plain, Nobile Rim 1 və 2, Mons Mouton, de Gerlache Rim 2, Mons Mouton Plateau, Malapert Massif, Haworth və Cabeus B yaxınlığında pik ərazilər seçilib. Hər bir bölgənin Günəş sisteminin və qayalı planetlərin tarixinə yeni işıq salmaq potensialı var. Ayın cənub qütbündə su kimi ehtiyatların saxlanıla biləcəyi, daha əvvəl astronavtlar tərəfindən tədqiq edilməmiş daimi kölgəli sahələr var.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...