25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Avstraliyada fırtına yarım milyondan çox evi elektriksiz qoyub

13-02-2024

Avstraliyanın ikinci ən sıx məskunlaşmış ştatı olan Viktoriyada yarım milyondan çox ev güclü fırtınadan sonra şəbəkə hissələrinin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb.

Fhnews.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, Avstraliya enerji bazarı operatoru Viktoriya boyunca təxminən 500 min müştərinin hazırda elektriksiz qaldığını bildirib. Məlumatda yüksək temperatur, güclü külək və ildırım çaxması nəticəsində elektrik şəbəkəsinə ziyan dəydiyi qeyd olunub.

Bildirilir ki, ölkənin cənubunda elektrik enerjisinin spot qiymətləri qısa müddət ərzində bir meqavat saat üçün 10,818 ABŞ dollarına qədər artıb.

Paylaş: