Ən uzun və ən qısa oruc hansı ölkələrdə tutulub?
Sahurdan iftara qədər oruc tutma müddəti dünyanın hər ölkəsində eyni deyil. Şimal qütbünə yaxın ölkələrdə yayda günlər daha uzun olduğu üçün dünyada ən uzun orucluq dövrü orada yaşanır.
Məsələn, Ramazan ayının ilk günündə dünyada ən uzun orucun tutulduğu yerlərdən biri Rusiyanın Murmansk şəhəridir. Burada sahurla iftar arasındakı vaxt 19 saat 5 dəqiqə hesablanıb.
Rusiyadan sonra ən uzun orucun tutulduğu yer İslandiyadır. İslandiyanın Reykyavik şəhəri üçün edilən hesablamada oradakı müsəlmanların ümumi oruc tutma müddətinin 18 saat 20 dəqiqə olduğu görülüb.
İslandiya müsəlmanların ən az olduğu ölkələr sırasındadır. Müsəlmanlar İslandiyanın 330 min nəfərlik əhalisinin təxminən 0,5 faizini təşkil edir. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti qaçqınlardır. İslandiya da türklərin ən az yaşadığı ölkələrdən biridir. Xarici İşlər Nazirliyinin məlumatına görə, adada 80-ə yaxın Türkiyə vətəndaşı yaşayır. Görünən odur ki, 11 saat 48 dəqiqə ilə Argentina və 12 saat 20 dəqiqə ilə Cənubi Afrika ən qısa oruc tutan yerlər sırasındadır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...