Əminə Ərdoğan Türkiyə olimpiyaçılarına təşəkkür edib
Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan ölkəsini Parisdə keçirilən Olimpiadada təmsil edən bütün idmançılara təşəkkür edib.
Fhnews.az xəbər verir ki, birinci xanım müvafiq müraciətini “X” sosial şəbəkəsindəki hesabında dərc edib.
“Ölkəmizi 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarında uğurla təmsil edən bütün milli komanda ulduzlarına göstərdikləri üstün səylərə görə təşəkkür etmək istərdim. İdmançıların yaddaqalan döyüşü qəlbimizdə qürur hissi doğurdu. Əminəm ki, onların əzmi gələcək çempionları ruhlandıracaq. Yolları açıq, uğurları daimi olsun”, - deyə müraciətdə deyilir.
Prezidentin xanımı paylaşımına Türkiyənin Olimpiya medalçılarının fotoşəkillərini əlavə edib.
Qeyd edək ki, Türkiyə Parisdə 18 idman növü üzrə 101 idmançı ilə təmsil olunub.
Yarışın yekunlarına görə, Türkiyə komandası üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıb.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...