Amerikanın planetlərarası stansiyası Aya doğru start götürüb
Texasın “Intuitive Machines” şirkətinin Nova-C planetlərarası stansiyası bu gün Aya doğru start götürüb.
Fhnews.az xəbər verir ki, NASA-nın yaydığı məlumata görə, stansiya fevralın 22-də Ayın səthinə enəcək.
Nova-C (IM-1) modulunun buraxılışı SpaceX kompaniyasının “Falcon 9” raket daşıyıcısı ilə gecə saatlarında Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin start meydançasında həyata keçirilib. Aparat təxminən 48 dəqiqə sonra raketin ikinci pilləsindən ayrılaraq Aya uçuş orbitinə çıxıb.
Aya eniş fevralın 22-də Yerin təbii peykinin cənub qütbündən 300 kilometr aralıda yerləşən Malapert A krateri ərazisində gözlənilir. Stansiyanın Ayda 14 gün işləməsi nəzərdə tutulur.
Dəyəri 118 milyon dollar olaraq qiymətləndirilən missiya NASA-nın “Intuitive Machines” kompaniyası ilə müqaviləsi çərçivəsində Aya kommersiya yükləri daşınması proqramı üzrə həyata keçirilir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...