25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

Alimlər Qədim Misirdə ilk mumiyaların sirrini açıblar

18-02-2024

York Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, Qədim Misirdə ilk mumiyalar tarixçilərin mövcud hesablamalarından xeyli əvvəl yaranıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat “Journal of Archaeological Science” (JAS) elmi nəşrində dərc olunub.

Əvvəlki araşdırmalara görə, Misir mumiyalanmasının mənşəyi təxminən eramızdan əvvəl 4300-cü ilə aiddir. Arxeoloji sübutlar bunu göstərir.

Lakin 2014-cü ildə alimlər Qahirədən 320 kilometr cənubda yerləşən qəbiristanlıqda mumiyaların bükülməsi üçün materialların qalıqlarını aşkar ediblər. Son təhlillər tapıntıların 6300 il yaşı olduğunu göstərib.

Eyni zamanda, material bitki yağı, heyvan yağı, mum və saqqız daxil olmaqla, balzamlama qatranlarının xarakterik tərkibi ilə hopdurulub.

Beləliklə, Misirdə ilk mumiyalar yazının ixtirasından təxminən 3 min il əvvəl (e.ə. 3150) və ilk piramidaların yaradılmasından 3,6 min il əvvəl (e.ə. 2667) meydana çıxıb.

Alimlər qeyd ediblər ki, misirlilər süni mumiyalama ilə yanaşı təbii üsula da əl atıblar, mərhumu səhranın isti və quru qumunda basdırıblar. Bu cür məlum olan ən qədim mumiyalar eramızdan əvvəl 5000-ci ilə aiddir. Arxeoloqlar hesab edirlər ki, bu dəfn üsulu balzamlama imkanı olmayan insanlar tərəfindən istifadə edilib.

Paylaş: