Afrika Birliyi eşşək dərisinin ticarətini qadağan edib
Afrika liderləri həftə sonu Efiopiyada keçirilən Afrika İttifaqının 37-ci Sammitində eşşək dərisi ticarətinə qadağa qoyub. Buna səbəb qitədə eşşək populyasiyasının azalmasıdır.
Qeyd edək ki, başda Çin olmaqla bəzi ölkələrin eşşək dərisindən əldə edilən jelatinə tələbatı son illərdə Afrikada ciddi reaksiyalara səbəb olub.
Qərardan sonra açıqlama verən Böyük Britaniyadakı "The Donkey Sanctuary" dərnəyi qərarla həm 33 milyonluk eşşək populyasiyasının, həm də heyvandarların dolanışıq vasitələrinin qorunduğunu bildirib.
Dünya eşşək əhalisinin 2/3-nə ev sahibliyi edən Afrikada eşşəklərdən nəqliyyatda geniş istifadə olunur.
Çinin Afrika ölkələrindən eşşək idxal etməsinin ən mühüm səbəbi, eşşək dərisindən əldə edilən “ejiao” adlanan jelatin tərkibli məhsullara tələbatın artmasıdır.Çində xüsusilə tibb sahəsində çoxməqsədli istifadə edilən “ejiao” məhsulları gəncliyin iksiri hesab edilir və statistikaya görə bu məhsullar üçün Çində hər il 4 milyon eşşək kəsilir.
Afrikada eşşək populyasiyasının azalmasının digər səbəblərindən biri isə Çinin eşşək əti idxal etməsidir.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...