ABŞ-da uçuş-enmə zolağında 2 sərnişin təyyarəsi toqquşub
ABŞ-da “Delta Airlines” və “Endeavour Air” şirkətlərinə məxsus sərnişin təyyarələri Corciya ştatının Atlanta şəhərindəki hava limanında uçuş-enmə zolağında toqquşub.
Bu barədə ABŞ Federal Aviasiya İdarəsi xəbər yayıb.Bildirilib ki, Yaponiyanın paytaxtı Tokioya qalxmağa hazırlaşan Delta Hava Yollarına məxsus Airbus A350 reysi 295 saylı təyyarənin qanad ucu “Endeavour Air” təyyarəsinin 5526 saylı uçuşunun quyruğuna dəyib.Toqquşma nəticəsində Bombardier tipli təyyarənin bütün quyruq hissəsi yerə düşüb.
Tokioya gedən Delta təyyarəsində 221 sərnişinin, Luiziana ştatına uçmağa hazırlanan Bombardier CRJ900 tipli Endeavour təyyarəsində isə 56 sərnişinin olduğu qeyd edilib.Toqquşma nəticəsində xəsarət alan olmayıb.Hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...