25 noyabr 2024, bazar ertəsi Bakı, 12°C
IMG-LOGO

4 min kilometr uçaraq okeanı keçən kəpənək alimləri heyrətə salıb

26-06-2024
IMG

Kəpənəklərin 7 min kilometrə qədər uça bildiyi məlumdur. Tədqiqatçılar elmi adı vanessa cardui olan tikanlı kəpənəyin 5-8 gün ara vermədən uçmuş ola biləcəyinə diqqət çəkib. 

Barselona Botanika İnstitutunun alimləri Cənubi Amerikada rast gəlinməyən bu kəpənək növünün 2013-cü ildə Fransız Qvianasında görüldüyünü deyirlər. Kanadanın Ottava Universiteti və ABŞ-nın Harvard Universitetinin alimlərinin iştirak etdiyi yeni bir araşdırmada bu kəpənəklərin səyahətə böyük ehtimalla Qərbi Afrikada başladığı müəyyən edilib.

Tədqiqatçılar kəpənəklərin qanadlarında hidrogen və stronsium izotoplarını analiz ediblər. Bu, alimlərə kəpənəklərin doğulduğu bölgələrin virtual “barmaq izini” verib. Araşdırmalar göstərib ki, kəpənəklər çox güman ki, Fransa, İrlandiya, Böyük Britaniya və ya Portuqaliyada doğulub.

Bu ehtimalı nəzərə alan elm adamları, bu kəpənəklərin Qərbi Avropadan Afrikaya, oradan isə Cənubi Amerikaya səyahətlərində əslində 7 min kilometrə qədər yol qət edə biləcəklərinə diqqət çəkiblər.

Paylaş: