2024-cü ilin yayı dünyada ən isti mövsüm olub
Avropa Birliyinin Kopernik peyk izləmə sistemi 2024-cü ilin yayının dünyada ən isti yay olaraq qeydə alındığını açıqlayıb.
Açıqlamaya görə, 2024-cü ilin avqust ayı 1991-2020-ci illərin orta göstəricisindən 0,71 dərəcə yuxarı qalxaraq dünyanın ən isti avqustu olub.
2024-cü ilin iyun-avqust aylarında dünya üzrə ölçülən temperatur 1991-2020-ci illərin orta göstəricisini 0,69 dərəcə, 2023-cü ilin iyun-avqust aylarındakı rekordu isə 0,66 dərəcə ötüb. Beləliklə, bu yay qlobal miqyasda ən isti yay kimi xarakterizə edilib.
2024-cü ilin yayı həm də 1991-2020-ci illərin orta göstəricisini 1,54 dərəcə, 2022-ci ildəki əvvəlki rekordu isə 1,34 dərəcə üstələyərək Avropa üçün ən isti yay olub. Bu yay Avropada temperatur cənub və şərqdə orta səviyyədən yuxarı, lakin İrlandiya və İngiltərənin şimal-qərbində, İslandiyada, Portuqaliyanın qərb sahilində və Norveçin cənubunda orta səviyyədən aşağı olub.
Avropadan kənarda Antarktidanın şərqində, Texasda, Meksikada, Kanadada, Afrikanın şimal-şərqində, İranda, Çində, Yaponiyada və Avstraliyada temperatur orta səviyyədən yuxarı qeydə alınıb.Rusiyanın şərqində və Alyaskada, ABŞ-nın şərqində, Cənubi Amerikanın cənubunda, Pakistanda və Sahel bölgəsində temperatur orta səviyyədən aşağı qeydə alınıb.2024-cü ilin yayı Avropanın qərbində və şimalında orta səviyyədən daha rütubətli olub, Aralıq dənizi regionunun böyük hissəsi və Şərqi Avropa isə mövsüm boyu orta şəraitdən daha quru olub.
“Bert” fırtınası İngiltərədə həyatı...
2250 illik kanalizasiya sistemi tapılıb...
Mozaika lövhəsindəki şifrə...
Alimlər sürətlə inkişaf edən ekzoplanet...
Çilidə 5,3 bal gücündə zəlzələ baş verib...