Yaşayış binasının liftində köməksiz vəziyyətdə qalan 2-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Sumqayit Regional Mərkəzinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-i uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.
Bakının iki qəsəbəsində qaz olmayacaq...
Bəzi çaylarda sululuq artıb...
Bakıda bir sıra yollarda sıxlıq müşahidə...
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...