Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənib
Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi istiqamətində Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklərdən biri sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi ilə bağlıdır.
Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ölkədaxili yük daşımalarını həyata keçirən vergiödəyiciləri vergi öhdəliklərini 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcək (rüb ərzində 30 faiz limit nəzərə alınmaqla), eyni zamanda illik dövriyyə 200 min manatı keçdikdə məcburi ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.
Sərnişindaşıma ilə məşğul olanlara münasibətdə isə mövcud vergi rejimi saxlanılır və bu şəxslərə (taksi istisna olmaqla) göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə, könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir) vergisinin və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.
Bu istiqamətdə digər dəyişiklik taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aylıq məlumatların Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməsidir. Bu zaman göstərilən məlumatları müəyyən edilən müddətdə təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən taksi sifarişi operatorlarına 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...