22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

11-05-2024
IMG

Azərbaycanda mayın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17°, gündüz 25-30° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılıb.

Paylaş: