Ozon dəliyinin pinqvinlərə və suitilərə vurduğu daha bir ciddi ziyan
Antarktidada ozon dəliyinin günəş yanığı və dəri xərçəngindən əziyyət çəkən pinqvin və suiti balaları üçün riskli olduğu müəyyən edilib.
Qeyd edək ki, hər il avqustun ortalarında Antarktida üzərindəki ozon təbəqəsində əmələ gəlməyə başlayan və noyabrda bağlanan ozon dəliyi son illərdə daha uzun müddət varlığını davam etdirir. 2020-ci ildən dekabrın ortaları ilə sonu arasında bağlandığı qeyd edilən dəlik bölgədəki canlıları zərərli ultrabənövşəyi şüalara məruz qoyur. “Global Change Biology” elmi jurnalında dərc edilən araşdırmanı aparan tədqiqatçılar çuxurun ölçüsündə vulkan püskürmələri və meşə yanğınlarını səbəb göstərirlər.
Qeyd olunub ki, 2022-ci ildə Hunqa Tonqa, 2020-ci ilin dekabr və 2021-ci ilin aprel ayları arasında La Soufriere vulkanlarının püskürməsi stratosferə təhlükəli miqdarda sulfat səpərək Cənub yarımkürəsində ozon təbəqəsini zədələyib.
Ancaq insanların və ya iqlim dəyişikliyinin səbəb olduğu başqa bir amil 2019-2020-ci illərdə baş verən meşə yanğınları olub. Bunlar o qədər güclü və şiddətli olub ki, stratosferə aerozollar buraxaraq ozonu parçalayıblar.
Cənub qütbündə yayın yaşandığı dekabr ayında ozon dəliyinin yaratdığı təhlükələrə diqqət çəkən tədqiqatçılar, bu dövrdə ultrabənövşəyi şüaların təhlükəli səviyyələrə yüksəldiyi barədə xəbərdarlıq ediblər.
Alimlər bu şüaların insanlarda dəri xərçəngi və katarakta riskini artırdığını yazır. Antarktidadakı pinqvin və suitilərin insanlardan fərqli olaraq kürkə malik olduğunu ifadə edən tədqiqatçılar, şüaların gözlərinə vurduğu zərər haqqında kifayət qədər məlumatın olmadığını vurğulayırlar. Yazın əvvəlində daha çox ultrabənövşəyi işığa məruz qalma yaz sonunda yumurtadan çıxan və ya doğulan pinqvin və suiti balaları kimi gənc heyvanlara xüsusilə zərər verə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...