Milli Hidrometeorologiya Xidmətinin rəisi: Yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək
İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı dövrlərdən biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.
“Bu il iyunun ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”.
Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36°, bəzi yerlərdə 38°, Naxçıvan Muxtar Respublikası və Aran rayonlarında 35-38°, bəzi yerlərdə 40°, dağlıq rayonlarda 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı gözlənilir.
Bakıda bir sıra yollarda sıxlıq müşahidə...
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...
Rayonlarda müşahidə olunan yağıntılı...
İmişlidə fəaliyyət göstərən çörək emalı...