“Qida subyektlərinə dair gigiyena tələbləri” mövzusunda təlim aparılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəhbər heyəti və əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim keçirib.
Fhnews.az xəbər verir ki, İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib.
Təlimdə iştirak edənlər müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanılması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlim zamanı müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003 – Çağrı Mərkəzi"nə zəng edərək ətraflı məlumat ala bilərlər.
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...
Rayonlarda müşahidə olunan yağıntılı...
İmişlidə fəaliyyət göstərən çörək emalı...
Dövlət Su Ehtiyatları Agentliyi: Kür...