FHN-in Qarabağ Regional Mərkəzində 2023-cü il üçün mülki müdafiə kursları davam edir
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə dəstəsinin komandirləri ” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib.
Kursda iştirak edən dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları və davranış qaydaları, idarəetmə orqanlarının fəaliyyəti və əhalinin mühafizəsi sahəsindəki roluna dair məşğələlər tədris olunub.
Məşğələlərdə, həmçinin dinləyicilərə ilk tibbi yardımın göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, habelə təsdiq olunmuş proqram əsasında mülki müdafiə və fövqəladə hadisələrdən mühafizə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumatlar verilib.
Nəzərdə tutulmuş kursların yüksək səviyyədə keçirilməsi üçün Qarabağ Regional Mərkəzinin digər struktur bölmələrinin, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.
Pomidor minalayıcı güvəsinə qarşı...
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...