22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

23-02-2023

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirilməsinin Təqvim-planı”na əsasən “Ümumtəhsil orta məktəblərin təlim-tərbiyə işləri üzrə direktor müavinləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Kursların keçirilməsində məqsəd fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində kurslara cəlb edilən dinləyicilərin biliklərinin artırılması, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi olub.

Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib, həmçinin mövzulara aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.

Nəzərdə tutulmuş kursun yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Paylaş: