22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib

22-04-2024

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar və Vətən Müharibəsi Qəhrəmanı, ehtiyatda olan polkovnik Raqif İsrayılov iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə bildirilib ki, 2020-ci ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Rəşadətli Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda qəhrəmancasına mübarizə apardı, böyük tarixi Qələbəyə imza atdı.

Həmçinin, qeyd olunub ki, bu ilin sentyabr ayında keçirilmiş, cəmi 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam şəkildə bərpa olundu. Eyni zamanda, diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanda hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında sosial-iqtisadi həyatın bütün sahələrində inkişaf dinamikası qeydə alınır, ölkəmiz beynəlxlaq aləmdə daha böyük uğurlar qazanır.

Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə FHN Akademiyasının hərbi orkestrinin solisti gizir Anar Məmmədbağırovun və kursantların vətənpərvərlik ruhunda ifaları səsləndirilib.

Paylaş: