ETX alış-satış platformalarındakı dələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edir
Kiberdələduzlar tərəfindən “Lalafo.az” və “Tap.az” platformalarının istifadəçilərinə qarşı dələduzluq halları davam edir.
Fhnews.az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan platformalarda elan yerləşdirən vətəndaşlara müxtəlif nömrələrdən mesajlar göndərilərək məhsulu almaq istəyi bildirilir. Lakin məhsulun ödənişinin əldə olunması üçün vətəndaşa saxta “Azərpoçt” keçidi təqdim olunur. Qeyd olunan keçiddə vətəndaşın bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını tanımadıqları şəxslərə ötürməməyi tövsiyə edir”, - deyə qurumun məlumatında bildirilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...