22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Dünyada ilk dəfə insanlara dişi bərpa edən dərman veriləcək

29-05-2024
IMG

Dişləri bərpa edə bilən dərman heyvanlar üzərində uğurlu nəticə göstərdiyindən dünyada ilk dəfə olaraq insanlar üzərində də yoxlanılmağa başlanılacaq. Tədqiqatçılar preparatın 2030-cu ilədək kommersiyaya təqdim ediləcəyini bildirirlər.

Fhnews.az “new atlas” saytına istinadla xəbər verir ki, Kyoto Universitet Xəstəxanasında 2025-ci ilin avqust-sentyabr aylarında keçiriləcək sınaq zamanı azı bir azı dişini itirmiş 30-64 yaş arası 30 nəfər müalicə olunacaq.

Kitano xəstəxanasının stomatologiya və ağız cərrahiyyəsi şöbəsinin rəhbəri, aparıcı tədqiqatçı Katsu Takahaşi bu günə qədər heç bir dəqiq müalicə metodu olmasa da, insanların diş böyüməsi ilə bağlı gözləntilərinin yüksək olduğunu söyləyib. Stomatoloqlar 11 aylıq ilk mərhələdən sonra dərmanı anadangəlmə diş çatışmazlığı səbəbindən azı dörd dişi olmayan 2-7 yaşlı xəstələrdə sınaqdan keçirəcəklər. Tədqiqatçılar daha sonra təcrübəni qismən dişsizliyi olan və ya ətraf mühit faktorlarına görə daimi dişi olmayan insanlar üçün genişləndirməyə çalışacaqlar.

Dərman diş böyüməsinə maneə törədən uterusun həssaslaşması ilə əlaqəli gen-1 (USAG-1) zülalını deaktiv edir. Gen-1-in digər zülallarla qarşılıqlı əlaqəsini bloklamaq morfogenetik zülalının (BMP) siqnalını təşviq edir ki, bu da yeni sümük yaranmasına səbəb olur. Qeyd etdiyimiz sınaq insanlarla eyni gen-1 xüsusiyyətlərinə yaxın olan siçanlarda yeni dişlərin çıxması ilə nəticələnib. İntravenöz müalicə heyvanlar üzəridə heç bir yan təsir göstərməyib.

Molekulyar bioloq və stomatoloq Takahaşi 2005-ci ildən dişlərin bərpası üzərində işlədiyini və bu müalicənin yalnız anadangəlmə problemli insanlar üçün deyil, hər yaşda dişlərini itirmiş şəxslər üçün nəzərdə tutulduğunu qeyd edib.

Paylaş: