DSMF-dən ödəniş alanlar “Sosial tərəfdaş” layihəsi üzrə nağdsız 450 minədək alış-veriş zamanı endirim əldə ediblər
Bu günə qədər layihəyə artıq 200-dən çox şirkət qoşulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ötən ilin sonlarından icrasına başladığı “Sosial tərəfdaş” layihəsinə artıq 2 minədək xidmət şəbəkəsi olan 200-dən çox şirkət qoşulub.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, korporativ sosial məsuliyyət nümunəsi olan və ölkəmizin hər bir bölgəsini əhatə edən layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və kompensasiya alan şəxslərə dəstək məqsədi daşıyır.
Onlar layihənin iştirakçısı olan şirkətlərə aid məhsulları alarkən və ya xidmətlərindən istifadə edərkən pensiya və digər sosial ödəniş aldıqları bank kartları ilə nağdsız ödəniş həyata keçirdikdə avtomatik olaraq 2-30 faiz arası endirim tətbiq olunur.
Ötən dövrdə həmin şəxslər layihə üzrə nağdsız qaydada ödəniş etdikləri artıq 450 minədək alış-veriş və ya xidmətlərdən istifadə zamanı endirim əldə ediblər.
Layihəyə qoşulan şirkətlər, onların endirim faizləri və yerləşdiyi ünvanlarla DSMF-nin saytındakı (dsmf.gov.az) “Sosial tərəfdaş” bölməsindən məlumat almaq olar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...