Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.
Fhnews.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan vermək istəyənlərin qeydiyyatı mayın 8-i saat 11:00-dək davam edəcək.
İmtahan kompüterlər vasitəsilə keçiriləcək.
İmtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qarabağ Universiteti abituriyentlər üçün...
DİM 1747 nəfər üçün dövlət qulluğu...
Altı dövlət orqanında daxili...
Müəllimlərin iş yerinin dəyişdirilməsi...
Birinci sinfə qəbulda prioritet tətbiq...