DİM: Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 143 nəfər uğur qazanıb
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də kağız daşıyıcılar vasitəsilə keçirdiyi BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələrini açıqlayıb.
DİM-dən verilən məlumata görə, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 202 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 41, BB3 altqrupu üzrə 50, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 143 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər mayın 14-dən 16-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...