Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib
Yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr üzərindən edilmiş 554,3 min vətəndaş müraciəti cavablandırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və qurumları tərəfindən bu ilin ilk rübündə 498 min vətəndaşın qəbulu həyata keçirilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 30 min nəfəri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 468 min nəfəri nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.
Həmçinin 2024-cü ilin yanvar-mart aylarında 554,3 min (o cümlədən yazılı və e-qaydada 129 min, sosial şəbəkələr üzərindən 22,3 min, “142” Çağrı mərkəzi vasitəsilə 403 min) vətəndaş müraciəti cavablandırılıb.
Hər bir vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlər görülüb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...