Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb
Azərbaycan Sosial İş İctimai Birliyi Beynəlxalq Sosial İşçilər Federasiyasının sosial işin yeni eko-sosial sahəsinin inkişafına dair Rotterdamda keçirdiyi beynəlxalq konfransda iştirak edib.
Fhnews.az xəbər verir ki, sosial işin nisbətən yeni forması olan eko-sosial iş sosial və ekoloji problemlər arasında olan daxili əlaqəni araşdırır. Avropada və bütün dünyada sosial işçilər iqlim dəyişikliyinin sosial nəticələri ilə üzləşirlər. Eko-sosial iş adətən ənənəvi sosial iş prinsipləri və onun ətraf mühitə insan yanaşması ilə əlaqələndirilir. Yoxsulluq, sosial təminat, icma quruculuq sahəsindəki təcrübələrinə görə sosial işçilər iqlim böhranının təsirlərini araşdırır və ənənəvi sosial iş anlayışını təkmilləşdirməyə çalışırlar. Eko-sosial iş cəmiyyəti insanlarla təbii mühit arasında bir əlaqə olaraq görür, bütün canlı aləmdəki varlıqların dəyərini qoruyaraq sosial və iqtisadi bərabərlik prinsiplərini təşviq edir.
İki gün davam etmiş beynəlxalq eko-sosial iş konfransda eko-sosial işə yeni paradiqma kimi yanaşılıb, sosial işin ekoloji problemlərə və ekoloji ədalətə olan töhfəsi ilə bağlı müzakirələr aparılıb. Beynəlxalq konfransda ölkəmizi Azərbaycan Sosial İş İctimai Birliyinin sədr müavini Tural Mirzəyev, məsləhət şurasının üzvü və “Birlikdə güclüyük” təşkilatının təsisçisi İlkanə Qoca, gənclərlə iş departamentinin rəhbəri Ləman Əliyeva və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pakizə Məsimova təmsil ediblər.
Konfransda iştirak edən nümayəndə heyətinin məqsədi eko-sosial işin dəyərlərinə uyğun olaraq, Qarabağ ərazisinin florası və faunasına vurulan ziyana və oradakı çayların çirkləndirilməsinə dair məlumatları konfrans iştirakçılarının nəzərinə çatdırmaq olub. Konfransda, həmçinin Qarabağın minalanmış ərazilərinin ekologiyaya vurduğu ziyan və yaratdığı sosial və iqtisadi fəsadlar haqqında fikirlər səsləndirilib.
Beynəlxalq eko-sosial iş konfransında iştirak Azərbaycanda yeni inkişaf etməkdə olan sosial işin, xüsusilə də eko-sosial işin inkişafında yeni əməkdaşlıqların qurulmasında zəmin rolu oynayacaq.
Qeyd edək ki, Azərbaycanda sosial işin inkişafı və Qarabağda post-konflikt dövründə istifadə edilə biləcək sosial iş sahələri IFSW Avropa üzvlərinin diqqətini cəlb edib və müəyyən konstruktiv müzakirələr aparılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...