Bazar günü ölkə ərazisində 12-17 dərəcə isti olacaq
Azərbaycanda yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-8°, gündüz 12-17° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq.
Bakının iki qəsəbəsində qaz olmayacaq...
Bəzi çaylarda sululuq artıb...
Bakıda bir sıra yollarda sıxlıq müşahidə...
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...