AZSTAND öz informasiya sistemlərinin bir hissəsini “Hökumət buludu”na keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 718 nömrəli 3 iyun 2019-cu il tarixli Fərmanının icrası davam edir. Bu çərçivədə dövlət qurumlarının informasiya sistemlərinin və resurslarının “Azıntelecom” MMC-nin Bakı və Yevlax məlumat mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Fhnews.az xəbər verir ki, “Azıntelecom” MMC-nin nəzdində fəaliyyət göstərdiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, informasiya sistemlərini və resurslarını “hökumət buludu”na köçürən növbəti dövlət qurumu Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) olub. İnstitut “Hökumət buludu”na keçid çərçivəsində “Azıntelecom” MMC tərəfindən təqdim olunan Iaas (Infrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. AZSTAND, öz informasiya sistemlərinin bir hissəsini “Azıntelecom” MMC-nin Bakı və Yevlax məlumat mərkəzlərində yerləşdirməklə, öz kritik dərəcədə əhəmiyyətli sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Eyni zamanda, Azərbaycan Standartlaşdırma İnstitutu məlumatların təhlükəsiz saxlanması məqsədilə, Baas (Backup-as-a-Service) bulud xidmətindən istifadə edib. “Azıntelecom” MMC, AZSTAND mütəxəssislərinə bu xidmət çərçivəsində təqdim olunan funksionaldan daha çevik və asan istifadə etmək üçün Veeam platformasını təqdim edib.
Qeyd etmək lazımdır ki, dövlət qurumları “hökumət buludu”na keçdikdə, İT-nin cari xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da artırılmasına, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya və gecə-gündüz monitorinq xidməti ilə keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunur.
“Azıntelecom” MMC Azərbaycanda və Cənubi Qafqaz regionunda TİER III Beynəlxalq Uyğunluq Sertifikatı almış ilk qurumdur. Bundan əlavə, onun Bakı və Yevlaxda yerləşən və ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarının tələblərinə cavab verən iki məlumat mərkəzi mövcuddur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...