Argentinada ötən il 163 min nəfər “denge” qızdırmasına yoluxub
Argentina Səhiyyə Nazirliyinin açıqlamasına görə, 2024-cü ildə ölkədə “denge” qızdırmasına 163 mindən çox yoluxma halı qeydə alınıb.
Fhnews.az “China.org” saytına istinadla xəbər verir ki, nazirlik ən çox yoluxma halının ölkənin mərkəzi və şimal-şərq bölgələrində qeydə alındığını bildirib. Hazırki yoluxma nisbəti 100 min əhaliyə 384 hadisə təşkil edir. Xəstəlikdən ölüm halları əsasən 80 yaşdan yuxarı şəxslər arasında baş verib.
Səhiyyə Nazirliyi “Aedes aegypti” ağcaqanadının yaydığı xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsini tövsiyə edib. Buraya ağcaqanadların çoxalma yerlərinin aradan qaldırılması və xəstəlik zamanı təcili tibbi yardıma müraciət olunması daxildir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2009-cu ildən bəri “denge” qızdırmasına yoluxma halları kəskin şəkildə artıb. Dünya əhalisinin yarısının “denge” qızdırmasına yoluxma riskinin olduğunu bildirən ÜST bu xəstəliyin çox ciddi problemə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...