Alper Gezeravcının kosmosda apardığı mikroyosun təcrübəsindən ilk nəticələr əldə edilib
Türkiyənin ilk kosmos missiyası zamanı həyata keçirilən "Kosmos Missiyaları üçün Mikroalq Həyat Dəstəyi Birlikləri" təcrübəsi ilə mikroyosunların zənginləşdirilmiş karbon dioksidi sıfır cazibə mühitində oksigenə çevirdiyi sübuta yetirilib.
Türkiyənin ilk insanlı kosmos missiyasında həyata keçirilən 13 təcrübədən biri də Boğaziçi Universiteti Ətraf Mühit Elmləri İnstitutunun dosenti Berat Haznedaroğlunun rəhbərliyi ilə hazırlanan və karbon dioksid tutma performansını və oksigen istehsal imkanlarını təyin etmək məqsədi daşıyan "UzMan" təcrübəsi idi.
Boğaziçi Universitetinin Sarıtəpə şəhərciyində başlayan araşdırmalarda, təcrübənin ilk nəticələri yosunların qapalı məkanlara nisbətən sıfır cazibə mühitində 3-5 qat daha çox karbon qazını oksigenə çevirmə qabiliyyətinə sahib olduğunu ortaya qoyub. Bu tapıntı kosmosda qapalı mühitlərdə həyatı dəstəkləyən sistemlərin inkişafı və uzunmüddətli kosmik missiyalar zamanı kosmonavtların ehtiyac duyduğu oksigeni təmin etmək üçün vacibdir.
Haznedaroğlunun rəhbərlik etdiyi layihədə TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi və İstanbul Mədəniyyət Universitetindən 8 alim iştirak edib, TÜBİTAK Kosmik İnstitutu da eksperimental qurğunun hazırlanmasına dəstək verib. Təcrübədə ikisi qütblərdən təcrid olunmuş və biri həm şirin, həm də duzlu suda yaşaya bilən üç fərqli mikroyosun növü sınaqdan keçirilib.
Gezeravcınin Beynəlxalq Kosmik Stansiyaya çatdıqdan sonra təcrübəni Avropa Kosmik Agentliyinin Kolumbus modulunda sistemə bağladığını və idarə etdiyini ifadə edən Haznedaroğlu daha sonra peykdən ilk məlumatları almağa başladıqlarını deyib : "Biz milyonda təxminən 500 vahid olan karbon dioksid səviyyəsini daha da artırdıq, təxminən milyonda 2000, 2500 vahidə çatdırdıq. Əldə etdiyimiz məlumatlarda bu səviyyələrdə karbon qazının təxminən 3-də 1 azaldığını müşahidə edə bildik. Bizim reaktorlar cəmi 30 millilitrlik və tam sistemləri ilə kiçik reaktorlar idi. Onun oksigenə çevrilməsindəki performansının əslində yüksək olduğunu deyə bilərik. “UzMan” təcrübəsi ilə yosunlarımızı havanın yaxşılaşdırılmasında istifadə edə biləcəyimizi sübut etdik".
Kosmosa göndərdikləri 3 mikroyosun növünün hamısının yaxşı performans göstərdiyini vurğulayan Haznedaroğlu onları növbəti missiyalarda istifadə edə biləcəkləri yosun növləri arasına daxil etdiklərini qeyd edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...