2023-cü ildə “AzerGold” və “Daşkəsən Dəmir Filiz”də təhlükəsiz istehsalat fəaliyyəti təmin edilib
2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC-də təhlükəsiz istehsal fəaliyyəti uğurla təmin edilib.
Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, ötən il qurum və onun törəmə şirkətində ümumilikdə 1,2 milyon təhlükəsiz iş saatı qeydə alınıb. Bütün fəaliyyət illəri ərzində isə təhlükəsiz iş saatlarının sayı 5,6 milyona çatıb.
Qeyd edək ki, istehsalat sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə hər il təsdiq edilən fəaliyyət planlarına uyğun olaraq müvafiq tədbirlərin icrası davam etdirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...