Xilasedicilər sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər (video)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KAMAZ” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobillərindən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 2003-cü il təvəllüdlü Ələkbərov Əzim Elçin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...
Rayonlarda müşahidə olunan yağıntılı...
İmişlidə fəaliyyət göstərən çörək emalı...
Dövlət Su Ehtiyatları Agentliyi: Kür...