22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 326 min xidmət göstərilib

20-01-2024

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketinin icrası davam etdirilir.

Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, icra olunan həmin paket çərçivəsində postmüharibə dövründə:

• şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 500-dək avtomobil təqdim edilib;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

• vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 104 min şəxsə xidmətlər göstərilib və s.

Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 126 min şəxsi əhatə edərək onlara dəstəkyönümlü 326 min xidmət göstərilib.

Paylaş: