Oftalmoloqların XIII Regional konfransı keçirilib
Gəncə şəhərində akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş XIII Regional konfrans keçirilib. Tədbir Səhiyyə Nazirliyinin, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunub.
Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, aktual məsələləri müzakirə etmək, həmçinin region həkimlərinin inkişafına dəstək olmaqdır.
Tədbirdə Bakı, Qobustan, Şəki, Gəncə, Goranboy, Yevlax, Bərdə, Ağstafa, Göyçay və digər rayonlardan mütəxəssis və alimlər iştirak ediblər.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətindən verilən məlumata görə, konfransı giriş sözü ilə açan Cəmiyyətin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov Ulu Öndər Heydər Əliyevin səhiyyə, xüsusilə oftalmologiya sahəsinə ayırdığı diqqətdən, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs edib.
E.Qasımov Azərbaycanda oftalmologiya sahəsinin təkcə paytaxtda deyil, regionlarda da yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra "Azərbaycan Oftalmolqlar Cəmiyyətinin dünəni və bu günü” mövzusunda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini Yazgül Abdıyeva qocaman alimlərimizdən, müasir oftalmologiyanın inkişafından danışıb.
Konfransda, həmçinin “Göz travmaları zamanı korluqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaqnozu ilə aparilan müayinə və müşahidələrin nəticələri", “Mərkəzi serroz xorioretinopatiya", "Anti- VEGF terapiyası və yaşa bağlı makula degenerasiyasının müalicəsində olan uğursuzluqların səbəbləri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar", "Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnostikası”, “Katarakta əməliyyatından sonra quru göz sindromu” mövzularında məruzələr dinlənilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...