Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-25 metrədək güclənib
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti saniyədə 23-25 metrədək güclənib.
Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2,8 metrə çatıb.
G.Məmmədovanın sözlərinə görə, küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...
Rayonlarda müşahidə olunan yağıntılı...
İmişlidə fəaliyyət göstərən çörək emalı...
Dövlət Su Ehtiyatları Agentliyi: Kür...