22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in strukturlarında anım mərasimləri keçirilib

19-01-2024

Fövqəladə Hallar Nazirliyinin strukturlarında 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə anım mərasimləri keçirilib.

Anım mərasimlərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qırğınlar törədilib. Hərbi təcavüz nəticəsində 150 dinc sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.

Qeyd olunub ki, xalqımızın o ağır günlərində faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev törədilmiş bu cinayəti kəskin şəkildə pisləyərək, ona siyasi-hüquqi qiymət verilməsini tələb edib. Məhz Ümummilli Liderin təşəbbüsü ilə bu faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin adlarının əbədiləşdirilməsi, onların xatirəsinin daim ehtiramla anılması, şəhid ailəsi üzvlərinin sosial problemlərinin həlli istiqamətində bu gün də mühüm addımlar atılmaqdadır.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Paylaş: