22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

FHN-in qurumlarında və regional mərkəzlərində Milli Qurtuluş Günü qeyd edilib

14-06-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə, əvvəlcə şəxsi heyət tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndərin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə bildirilib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə Dahi Rəhbər Heydər Əliyevin xalqının israrlı təkidi və tələbi ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində müstəsna əhəmiyyətə malik böyük dönüş nöqtəsi oldu. Məhz Ümummilli Liderin dahi zəkası, zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və ən əsası, sonsuz Vətən sevgisi sayəsində Azərbaycan dövləti tarixin səhnəsindən silinmək təhlükəsindən xilas oldu, hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu.

Tədbirlərdə çıxış edən natiqlər diqqətə çatdırıblar ki, Dahi Şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, onun beynəlxalq birliyin etibarlı üzvünə çevrilməsinə nail oldu.

Qeyd edilib ki, qədirbilən Azərbaycan xalqı öz böyük oğlunun unudulmaz xatirəsini daim əziz tutur və onun müdrik siyasətini daim dəstəkləyir. Ümummilli Liderin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün seçkilərdə xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi bunun parlaq təzahürüdür. Ulu Öndər tərəfindən atılmış etibarlı özülləri daha da möhkəmləndirərək Azərbaycanın regionun qüdrətli və çiçəklənən dövlətinə çevrilməsinə nail olmuş Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən torpaqlarımız düşmən tapdağından azad olunaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Ümummilli Liderin xilaskarlıq missiyası ilə məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan dünya səviyyəli dövlət xadimi, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə güclənir, xalqımızın rifah səviyyəsi daha da artır.

Təbdirlərin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

 
Paylaş: