Almaniyanın Leibniz İnstitutunun şöbə rəhbəri AQTİ-də olub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Almaniyanın Leibniz İnstitutunun nəzdindəki “Almaniya mikroorqanizm kolleksiyası və hüceyrə kulturası” Mərkəzinin Bitki virusları şöbəsinin rəhbəri Stefan Uinterlə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə AQTİ-nin İdarə Heyətinin sədr müavini Elina Sulyayeva laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib.
Qeyd edilib ki, AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin tabeliyində fəaliyyət göstərən laboratoriyalar müxtəlif beynəlxalq səriştəlilik sınaqlarında ciddi uğurlar əldə edib və ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.
Görüşdən sonra qonaq iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Almaniyalı mütəxəssislər Mərkəzi Fitosanitar Laboratoriyanın iş prinsipi ilə tanış olarkən bildirilib ki, laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır. Həmçinin, müasir tələblərə cavab verən maddi-texniki bazaya və Avropa ölkələrinin qabaqcıl laboratoriyalarında təlim keçmiş işçi heyətə malik olan Mərkəzi Fitosanitar Laboratoriyada entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, molekulyar, bakterioloji və virusoloji ekspertizalar aparıldığı barədə məlumat verilib.
Görüş çərçivəsində S.Uinter İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib. Eləcə də, bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Səmimi görüşə görə təşəkkür edən S.Uinter qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, AQTİ-nin molekulyar bioloqu Gülər Bayramova Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) “Jens-Georg Unger Plant Health Fellowship” təqaüd proqramı çərçivəsində Leibniz İnstitutunda təhsil alır.
Sumqayıtda əlilliyi olan şəxslərin əl...
Azərbaycan bu il də Bakı İqlim...
Rayonlarda müşahidə olunan yağıntılı...
İmişlidə fəaliyyət göstərən çörək emalı...
Dövlət Su Ehtiyatları Agentliyi: Kür...